Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda yeni liftlərin quraşdırılmasına başlanmışdır

01 may 2019 | 16:00

Ölkə başçısı cənab İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən müvafiq hazırıq işləri görülüb, bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə danışıqlar aparılıb və müqavilə imzalanmasına hazırlıq işləri başa çatıb. 

Artıq liftlərin birincisi Bakıya gətirilib və Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında birinci liftin quraşdırılması həyata keçirilib.

Birinci liftin təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Almaniya Federativ Respublikasının Wittur Holding GMBH qlobal şisteminin satış rəhbəri Tomas Rotte, Wittur Holding GMBH qlobal şisteminin İdarə heyətinin rəhbəri Ahmet Kambolat, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov və diğər rəsmi şəxslər iştirak etmişlər.

Yeni quraşdırılmış liftlə tanış olan qonaqlara yeni liftin texniki göstəriciləri barədə məlumat verildi. Qeyd olundu ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir srandartlara tam cavab verir.

Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov və Wittur Holding GMBH qlobal şisteminin satış rəhbəri Tomas Rotte mətbuat nümayəndələrinə müsahibə verərək liftkərin qiymətləri və digər göstəricilər barədə əlavə məlumat verildi.

Bildirildi ki, Bakı şəhəri üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan bütün çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcəkdir. Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunacaqdır.

Keçidlər