Home Contact Phone
background
  • Ünvan: AZ1001 Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18
  • Faks: (+994 12) 492-63-11
  • E-mail: mail@baku-ih.gov.az

Xəbərlər

  • Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi

    Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi

    2020-07-04

    Bu gün iyul ayının 4-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.

  • Paytaxtda növbəti geniş dezinfeksiya aparılıb

    Paytaxtda növbəti geniş dezinfeksiya aparılıb

    2020-07-04

    Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı şəhəri də daxil olmaqla ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsinin tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - 7-ci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

  • Paytaxtda qeyri-qanuni fəaliyyət göstərən oby...

    Paytaxtda qeyri-qanuni fəaliyyət göstərən obyekt bağlandı

    2020-07-03

    Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, polis və İqtisadiyyat nazirliyinin əməkdaşlarının iştirakı ilə paytaxtda karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər və reydlər davam etdirilir, ticarət obyektlərində, məhəllələrdə, insanların sıx toplaşdığı digər ərazilərdə maarifləndirici söhbətlər aparılır.

  • Bakının küçələri yenidən dezinfeksiya edild...

    Bakının küçələri yenidən dezinfeksiya edildi

    2020-06-22

    Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin yeddi şəhər və bir rayonunda iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən, həmçinin Daxili İşlər Nazirliyinin şəxsi heyəti həmin gün növbəti dəfə 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə xüsusi kimyəvi maddələrlə növbəti - 6-cı əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.

  • Bakının kənar küçələrində abadlıq-yenidə...

    Bakının kənar küçələrində abadlıq-yenidənqurma işləri davam edir

    2020-06-16

    Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmir və yenidənqurulması aparılır.

  • Bakıda nümunəvi ictimai çimərlik istifadəyə...

    Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib

    2020-06-16

    İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib. Təxminən 5 hektar sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edib.

  • Paytaxtda həyətlərə əlavə konteynerlər qoyu...

    Paytaxtda həyətlərə əlavə konteynerlər qoyulub

    2020-06-13

    Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 iyun tarixindən 2 gün ərzində Bakı şəhəri də daxil olmaqla 3 şəhər və 5 rayonun ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, şəhərin kommunal xidmətləri tərəfindən əlavə tədbirlər həyata keçirilir.

  • Paytaxtdakı çimərliklər yay mövsümünə haz...

    Paytaxtdakı çimərliklər yay mövsümünə hazırdır

    2020-06-12

    Yayın ilk günlərindən paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub. Çimərliklərdə lazımi təmizlik-abadlıq işləri görülüb, karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

  • 450 küçədə dezinfeksiya işləri aparıldı

    450 küçədə dezinfeksiya işləri aparıldı

    2020-06-08

    İyun ayının 7-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşının köməyi ilə artıq 5-ci dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib. Bu işlərdə Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələri də iştirak etmişdir.

  • Paytaxt küçələrində daha bir gücləndirilmi...

    Paytaxt küçələrində daha bir gücləndirilmiş dezinfeksiya işləri aparılıb

    2020-06-07

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər davam etdirilir.

  • Paytaxtın kənar küçələrində də abadlıq-ye...

    Paytaxtın kənar küçələrində də abadlıq-yenidənqurma işləri aparılır

    2020-06-03

    Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi hissəsi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmir və yenidənqurulması aparılır.

  • Bakıda növbəti gücləndirilmiş dezinfeksiya i...

    Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılıb

    2020-05-30

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında həyata keçirilən tədbirlər davam etməkdədir.

  • Bu gün Bakıda 400-dən artıq küçə və prospe...

    Bu gün Bakıda 400-dən artıq küçə və prospekt dezinfeksiya edildi

    2020-05-17

    May ayının 16-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

  • Bakıda əlavə gücləndirilmiş dezinfeksiya iş...

    Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb

    2020-05-16

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında həyata keçirdiyi tədbirlər davam edir.

  • Xəstəxanalarda istifadə edilmiş geyim və tibb...

    Xəstəxanalarda istifadə edilmiş geyim və tibb vasitələri xüsusi qaydada utilizasiya edilir

    2020-05-12

    Ölkə başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə konpleks tədbirlər həyata keçirilir.

  • Prezident İlham Əliyev və birinci xanım Mehrib...

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə ağac əkiblər

    2020-05-10

    Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkiblər.

  • Prezident İlham Əliyev və birinci xanım Mehrib...

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

    2020-05-10

    Mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.

  • Böyük Vətən müharibəsində həlak olan Azər...

    Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

    2020-05-09

    Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir.

  • Bakıda gücləndirilmiş dezinfeksiya işləri g...

    Bakıda gücləndirilmiş dezinfeksiya işləri görülür

    2020-05-02

    Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında həyata keçirdiyi tədbirlər davam edir.

  • Paytaxtda əlavə gücləndirilmiş dezinfeksiya i...

    Paytaxtda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır

    2020-04-18

    Olkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında əlavə gücləndirilmiş tədbirlər həyata keçirilir.

  • Paytaxtda dezinfeksiya işləri gündəlik davam e...

    Paytaxtda dezinfeksiya işləri gündəlik davam etdirilir

    2020-04-15

    Bakı şəhərində koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında çoxşaxəli tədbirlər davam etdirilir.

  • Bakı Şəhər İcra Hakimiyyəti Heydər Əliyev ...

    Bakı Şəhər İcra Hakimiyyəti Heydər Əliyev Fondunun təşəbbüsünə qoşuldu

    2020-04-15

    Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan verilməsi aksiyasina qoşulmuşlar.

  • Karantin günlərində paytaxtda yaşıllıqlara q...

    Karantin günlərində paytaxtda yaşıllıqlara qulluq göstərilir

    2020-04-11

    Bakı şəhərində koronovirus (COVID-19) pandemiyasına qarşı çoxşaxəli mübarizə tədbirləri ilə yanaşı mövcud yaşıllıqlara da qulluq göstərilməsi davam edir.

  • Paytaxtda reydlər keçirilir

    Paytaxtda reydlər keçirilir

    2020-04-10

    Koronovirus (COVID-19) pandemiyasınin Azərbaycanda yayılmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tibbi-profilaktiki, dezinfeksiyaedici və digər qabaqlayıcı kompleks tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində əhalinin qida təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirilir.

  • Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri da...

    Paytaxtda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

    2020-04-08

    Koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq çoxşaxəli tədbirlər həyata keçirilir.