Bakı Şəhər Mədəniyyət vəTurizm Baş İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi
Vüqar Teyyub oğlu Zeynalov
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi
1963-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2008-ci ilin iyun ayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə rəis təyin edilib.
Ailəlidir, iki övladı var.
__________________________________
İsmayıl Emil oğlu Hüseynov
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini
1983-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakultəsinin bakalavr və magistr pilləsini bitirib. 2010-cu ilin iyul ayından Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində rəis müavini vəzifəsində işləyir.
Subaydır.
__________________________________
Bətulə Ədhəm qızı Məmmədəliyeva
Musiqi təhsili və incəsənət sektorunun müdiri
1959-cu ildə Naxçıvan şəhərində anadan olub. 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1978-ci ildə Q.Qarayev adına gənc pianoçuların respublika müsabiqəsinin diplomantı olub. Müxtəlif illərdə Naxçıvan, Sumqayıt və Bakıda orta və orta ixtisas müsiqi məktəblərində çalışıb. 2001-ci ilin may ayından Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin musiqi təhsili və incəsənət sektorunun müdiridir.
Ailəlidir, üç övladı var.
__________________________________
Sərdar Abdulla oğlu Bağırov
Böyük mütəxəssis - təsərrüfat üzrə müdir
1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Naxçıvan Politexnik Texnikumunu bitirib. 2009-cu ilin iyun ayından Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində böyük mütəxəssis - təsərrüfat üzrə müdir vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
__________________________________
Səbinə Müzəffər qızı Məmmədova
Mədəni-kütləvi, kitabxanalar, mədəniyyət evi və muzey işi sektorunun məsləhətçisi
1972-ci ildə Naxçıvan şəhərində anadan olub. Azərbacyan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. 2005-ci ildən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində işə başlayıb.Ailəlidir, iki övladı var.
__________________________________
Tomris Xıdırnəbi qızı Hacıyeva
Mədəni-kütləvi işlər, mədəniyyət evi, kitabxanalar və muzey işi sektorunun məsləhətçisi
1986-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsini bitirib. 2009-cu ilin mart ayından Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində muzeylər üzrə məsləhətçi vəzifəsində çalışır.
Subaydır.
__________________________________
Liliya Mixaylovna Satonkina
Baş məsləhətçi-mühasib
1950-ci ildə Bakı şəhərində anadan olub. Bakı plan-iqtisad texnikumunu bitirib. 1982-ci ildən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində baş məsləhətçi-mühasib işləyir.
Ailəlidir, iki övladı var.
__________________________________
Qızbəs Ağazeynal qızı Talıbova
Sektor müdiri
1954-cü ildə Bakı şəhərində anadan olub. Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsini bitirib. 2000-ci ildən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində baş iqtisadçı vəzifəsində işə başlayıb. 2009-cu ildən idarənin sektor müdiridir.
Ailəlidir, iki övladı var.
__________________________________
Mirsadiq Fətta oğlu Fəttayev
Aparıcı mütəxəssis-kargüzar
1990-cı ildə Lerik rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının turizm fakültəsində qiyabi təhsil alır. 2010-cu ilin dekabr ayından Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində aparıcı mütəxəssis-kargüzar vəzifəsində işləyir.
Subaydır.
__________________________________
Təranə Telman qızı Həsənova
Kadrlar üzrə məsləhətçi
1985-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Qərb Universitetinin politologiya fakultəsini, 2010-cu ildə isə Qərb Univesitetinin MBA proqramı üzrə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistr pilləsini bitirib. 2009-cu ilin sentyabrından Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində kadrlar üzrə məsləhətçi vəzifəsində işləyir.
Ailəlidir.
__________________________________
Qəmər Elçin qızı Tağızadə
Böyük mütəxəssis-makinaçı
1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Turizm İnstitutunda qiyabi təhsil alır. 2008-ci ilin iyun ayından Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində böyük mütəxəssis-makinaçı vəzifəsində çalışır.
Subaydır.
__________________________________
İlkin Aslan oğlu Zərbəliyev
Baş məsləhətçi-iqtisadçı
1986-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2009-cu ilin sentyabr ayından BMTİ-də baş məsləhətçi-iqtisadçı vəzifəsində çalışır.
Subaydır.
__________________________________
Gülnarə Mirtağı qızı Seyidova
Mədəni-kütləvi işlər, mədəniyyət evi, kitabxanalar və muzey işi sektorunun müdiri
1968-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin biologiya fakültəsinin bitirib. 2009-cu ilin sentyabr ayından sektor müdiri vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
__________________________________
Eşqin Adəm oğlu Şadlinski
Mədəni-kütləvi işlər, mədəniyyət evi, kitabxanalar və muzey işi sektorunun məsləhətçisi
1986-cı ildə Ermənistan Respublikasının Vedibasar mahalında anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin bakalavr pilləsini bitirib. 2009-cu ildə isə həmin universitetin beynəlxalq mədəni əlaqələr ixtisasının magistratura pilləsini başa vurub. 2010-cu ilin avqust ayından Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni-kütləvi işlər, kitabxana, mədəniyyət evi və muzey işi sektorunda məsləhətçi vəzifəsində işləyir.
Subaydır.
__________________________________
Leyla Fərman qızı Rzayeva
Musiqi təhsili və incəsənət sektorunun məsləhətçisi
1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1983-cü ildə Sumqayıt şəhər S.Hacıbəyov adına orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə bitirib. 1989-cu ildə M.F.Axundov adına Pedaqoji rus dili və ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyat fakültəsini bitirib. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının musiqişünaslıq fakültəsini bitirib. 2010-cu ilin avqust ayından Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində Musiqi təhsili və incəsənət sektorunda məsləhətçi vəzifəsində işləyir.
Subaydır.
__________________________________
Nərmin Mərdan qızı Əliyeva
Məsləhətçi-mühəndis
1988-ci ildə Rusiya Federasiyasının Arxangelsk şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini bitirib. 2009-cu ildən Azərbaycan Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsində magistrdir. 2010-cu ilin avqust ayından Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində məsləhətçi-mühəndis vəzifəsində işləyir.
Ailəlidir. Bir övladı var.
__________________________________
|