Şriftin ölçüsü :

Saytın rəngi :

I Avropa Oyunları ərzində parkinq və nəqliyyatın idarə edilməsi

05 may 2015 | 15:00

Parkinqə Nəzarət Zonaları

• Hər bir yarış və əsas qeyri-yarış obyektləri ətrafında Parkinqə Nəzarət Zonaları olacaqdır (zəhmət olmasa, bu zonaya daxil olan xəritə və küçələrin siyahısına baxın). Bu nəzarət zonalarının məqsədi yarış obyektlərinə yaxın ərazilərdə qanunla icazə verilən yerlərdə yalnız burada yaşayan sakinlərə parkinqə icazə verməklə, sakinlərin evlərinə rahat gediş-gəlişini təmin etməkdir.
• Bütün nəqliyyat vasitələri heç bir məhdudiyyətsiz və buraxılışsız bu zonaya daxil ola və hərəkət edə bilərlər.
• Lakin Parkinqə Nəzarət Zonasında yaşayan sakinlərdən başqa heç kimə Parkinq İcazəsi verilməyəcək.
• İstisna: Avtomobillərini şəxsi həyətlərində, yeraltı parkinq ərazilərində və ya şəxsi qarajlarında park edən sakinlər üçün Parkinq İcazəsi tələb olunmur.
• PCZ-ə daxil olan ərazidə fəaliyyət göstərən şirkətlər/qurumlarda çalışan şəxslərə, əgər çalışdıqları şirkət və ya qurumun əməkdaşları üçün parkinq ərazisi yoxdursa, işə gəliş-gediş üçün ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür. Sözügedən şəxslər öz avtomobillərini qanunla nəzərdə tutulmuş qaydada parkinqə icazə verilən ərazilərdə (Parkinqə Nəzarət Zonaları istisna olmaqla) və xüsusi dayanacaqlarda saxlayaraq iş yerinə gedə bilərlər.
• Bakıda qeydiyyatda olmayan, lakin Parkinqə Nəzarət Zonalarında yaşayan sakinlər Parkinq İcazəsi üçün Mənzil İstismar İdarələrinə müraciət edərək,yaşadıqları ünvan haqqında sənəd əldə edə bilərlər
• 31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçmiş vətəndaşlardan yalnız Parkinq İcazəsi almalı olan vətəndaşlara (zəhmət olmasa, Parkinqə Nəzarət Zonalarına daxil olan xəritə və küçələrin siyahısına baxın) 15 may tarixindən etibarən icazələri almaq üçün Mənzil İstismar İdarələrinə müraciət etmələri xahiş olunur
• 31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçmiş vətəndaşlardan Parkinq İcazəsinə heç bir ehtiyacı olmadığı halda (məs, yaşadıqları ərazi ParkinqəNəzarət Zonalarına daxil deyilsə), verilməyəcək. Zəhmət olmasa, yarış obyektləri üzrə müvafiq Parkinqə Nəzarət Zonaları xəritələrində küçələrin siyahısına bir daha diqqət yetirin.
• 31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçə bilməyən, lakin Parkinq İcazəsi almalı olan vətəndaşlar 15 may tarixindən yenidən Mənzil İstismar İdarələrinə müvafiq sənədlərlə müraciət edərək qeydiyyata düşə və eyni gündə Parkinq İcazələrini əldə edə bilərlər

 

Parkinq İcazələri haqqında məlumat


• Paylanma vaxtı: Parkinq İcazəsi mayın 15-dən sonra veriləcək.
• Etibarlılıq müddəti: Parkinq İcazəsi yalnız 1 – 30 iyun, 2015-ci tarixləri müddətində etibarlıdır.
• Təqdim ediləcək sənədlər:

1.    Faktiki yaşadığı ünvanı təsdiq edən sənəd
2.    Nəqliyyat vasitəsinin passportu
3.    Sürücülük vəsiqəsi

• Parkinq İcazəsi nəqliyyat vasitələrinin ön şüşəsində yerləşdirilməlidir.
• Sakinlər heç bir ödəniş etmədən Parkinq İcazəsi ilə təmin olunacaq.
• İtirilmiş/oğurlanmış Parkinq İcazələri YENİSİ İLƏ ƏVƏZ OLUNMAYACAQ. Onlara ehtiyatla davranmanız xahiş olunur. Parkinq İcazəsi zədələndiyi halda,etibarsız sayılacaq.
• Parkinq İcazəsi olmadan Parkinqə Nəzarət Zonalarında park edilən maşınlar Yol Polisi tərəfindən evakuatorlarla ərazidən götürüləcək və cərimə tətbiqolunacaq.
• Parkinq İcazəsi nəqliyyat vasitəsinin qeyri-qanuni park edilməsinə heç bir hüquq vermir.

Qeyd: Parkinq İcazələrini əldə etdikdə, bu icazələrin istifadəsi üzrə təlimat vərəqəsini götürməyi unutmayın

 

Parkinq İcazələri

Təlimat

NƏQLİYYAT VASİTƏSİNİN PARK ETMƏSİ ÜÇÜN PARKİNQ İCAZƏSİNİ NƏQLİYYAT VASİTƏSİNİN ÖN ŞÜŞƏSİNİN SAĞ TƏRƏFİNİN AYDIN GÖRÜNƏN AŞAĞI HİSSƏSİNƏ YERLƏŞDİRİN.

İtirilmiş/oğurlanmış və ya yararsız hala düşmüş Parkinq İcazələri YENİSİ İL ƏVƏZ OLUNMAYACAQ. Xahiş edirik ki, onlarla ehtiyatla rəftar edəsiniz.

İstifadə üçün əsas göstərişlər:

• Nəqliyyat vasitəsi Parkinqə Nəzarət Zonasında olarkən Parkinq İcazəsi hər zaman nəqliyyat vasitəsinin üzərində görünməlidir.

• Parkinq İcazəsi olmadan Parkinqə Nəzarət Zonasında park edilən avtomobillər Yol Polisi tərəfindən evakuatorlarla ərazidən götürüləcək və cərimətətbiq olunacaq.

• Dəyişdirilən və ya təhrif edilən Parkinq İcazələri qüvvədən düşmüş hesab ediləcək.

• Bu Parkinq İcazəsi Bakı 2015 Avropa Oyunları zamanı Parkinqə Nəzarət Zonalarında parkinq məhdudiyyətləri olduğu müddət ərzində ( 1-30 iyun) etibarlıdır.

• Bu Parkinq İcazəsi YALNIZ Parkinqə Nəzarət Zonalarında parkinqə qanunla icazə verilən yollarda park etmə üçün sakinlər tərəfindən istifadə olunmalıdır. 

• Parkinq İcazəsi nəqliyyat vasitəsinin qeyri-qanuni park edilməsinə heç bir hüquq vermir.

 

Oyunların əsas Marşrut Şəbəkəsi (GRN)

Bilgəh Çimərliyi Parkinq Nəzarət Zonası (PCZ)

Bakı Idman Zalı Parkinq Nəzarət Zonası (PCZ)

Bakı Kristal Zalı Parkinq Nəzarət Zonası (PCZ)

Avropa Oyunları Parkı Parkinq Nəzarət Zonası (PCZ)

Fairmont Oteli Parkinq Nəzarət Zonası (PCZ)

Azadlıq Meydanı Parkinq Nəzarət Zonası (PCZ)

Yol Yarısının Marşrutu Nəqliyyat Məhdudiyyətləri

Heydər Əliyev Adına Idman Arenası Parkinq Nəzarət Zonası (PCZ)

Milli Gimnastika Arenası Parkinq Nəzarət Zonası (PCZ)

Bakı Atıcılıq Mərkəzi Parkinq Nəzarət Zonası (PCZ)

Tofiq Bəhramov Stadionu Parkinq Nəzarət Zonası (PCZ)

 

 

Keçidlər