Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəblərində aparılan əsaslı təmir işləri sentyabrın 10-dək başa çatdırılacaqdır.

26 avqust 2011 | 15:00

Hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektlərinin, qəsəbə daxili yollarının tikintisi və təmiri işləri həmçinin işıqlandırılması aparılır.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı çərçivəsində Bakı şəhərinin mərkəzi küçə və prospektləri ilə yanaşı bütün qəsəbələrdə qəsəbədaxili yollarda əsaslı təmir-tikinti işləri aparılır və küçələrin işıqlandırılması sahəsində böyük işlər həyata keçrilir.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri və Bakı ətrafı qəsəblər üzrə ümumtəhsil orta məktəblərdə əsaslı təmir və ehtiyac olan məktəblərdə yeni sinif otaqlarının tikintisi, yeni idman və akt zallarının və bəzi məktəblərdə isə yeni korpuslarının tikintisi aparılır ki, bunlarında cəmi sayı 54-ə çatır. Həmçinin 57 uşaq bağçası, məktəbəqədər müəssisələrdə əsaslı təmir işləri həyata keçirilir. Əsaslı təmir işləri aparılan məktəb və məktəbəqədər müəssisələrdə təmir işləri sentyabrın 10-na kimi başa çatdırılacaq və əlavə korpusların, idman və akt zallarının və əlavə sinif otaqlarının tikintisi işləri isə bu ilin sonuna kimi başa çatdırılıb istifadəyə veriləcəkdir.

Keçidlər