Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtın kommunal xidmətləri üçün yeni texnikalar alınıb

30 dekabr 2020 | 16:00

Ölkə başçısı İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin  işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlar uğurla  icra edilir. Bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən Almaniya istehsalı olan kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb və bu il də bu işlər davam etdirilir.
Ölkəmizin müharibə şəraitində olmasına və koronavirus pandemiyası ilə mübarizə tədbirərinin genişləndirilməsinə baxmayaraq ümumilikdə bu il alınması nəzərdə tutulan xüsusi təyinaylı avto nəqliyyat vasitələrinin 16-ı noyabr ayında Bakıya gətirılib və onların istismarına başlanılıb. Bu gün isə daha 10 ədəd kommunal təyinatlı avto texnika Bakıya gətirilib.
Yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkınin yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaqdır. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.
Bakı Şəhər Mənzil Kommunal Təsəttüfatı Departamentinin Avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasıtələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaqdır. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaqdır.

Keçidlər