Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının küçələri yenidən dezinfeksiya edildi

18 iyul 2020 | 16:00

İyul ayının 18-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti  8-ci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. 
Ənənəvi olaraq geniş dezinfeksiya tədbirlərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi  ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində fəal iştirak ediblər.
Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.   
Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə hər cür tədbirlər görülür. Lakin onlar köməkçi xarakter daşıyır. Ən vacibi vətəndaşlarımız özləri müvafiq qaydalara riayət etməlidirlər.

Keçidlər