Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının küçələri yenidən dezinfeksiya edildi

22 iyun 2020 | 16:00

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin yeddi şəhər və bir rayonunda iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən, həmçinin Daxili İşlər Nazirliyinin şəxsi heyəti həmin gün növbəti dəfə 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi  ilə xüsusi kimyəvi maddələrlə növbəti - 6-cı əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında  tibbi-profilaktik işlər aparılıb.
Gun ərzində 450-dən çox küçədə dezinfeksiya işləri görülüb.

Keçidlər