Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Bakıda 400-dən artıq küçə və prospekt dezinfeksiya edildi

17 may 2020 | 16:00

May ayının 16-da  Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən  məlumata görə, bu işlərdə RİH-in strukturuna daxil olan xidmətlərin 40, Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı texnikası və kommunal xidmətlərin 2 mindən artıq işçisi cəlb olunublar.
Saat 18:00-a kimi şəhər mərkəzi və qəsəbələr üzrə 400-dən artıq küçənin dezinfeksiyası təmin edilib.

Keçidlər