Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyəti Heydər Əliyev Fondunun təşəbbüsünə qoşuldu

15 aprel 2020 | 16:00

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  təşəbbüsünə qoşularaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan verilməsi aksiyasina qoşulmuşlar.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən  bildiriblər ki, Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulan Bakı Şəhər İcra Hakimiyyətinin   əməkdaşları  Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gələrək talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq üçün könüllü qan veriblər.

Keçidlər