Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda dezinfeksiya işləri gündəlik davam etdirilir

15 aprel 2020 | 16:00

Bakı şəhərində koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında çoxşaxəli tədbirlər davam etdirilir.
Gündəlik olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin, həmçinin Bakı Şəhər Yaşıllaşdırma Birliyinin əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında gündəlik olaqraq səhər və axşam saatlarında küçə və prospektlərin xüsusi kimyəvi vasitələr və yeni yuyucu gel vasitəsi ilə yuyulması həyata keçirilir.
Gündə 2 dəfə Departamentin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, həmçinin küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, səkilərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. Dezinfeksiya və maarifləndirmə işləri paytaxtın qəsəbələrində də aparılır.
Bu işlərin vaxtaşırı olaraq  paytaxtdakı 2000-dən cox  kooperativ binaların və yaşayış komplekslərində də aparılması təmin edilir.
Ərazidəki tibbi-profilaktiki işlərlə yanaşı Bakı Şəhər Ticarət və Xidmət Departamenti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinun əməkdaşları tərəfindən paytaxtdakı idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə qulluq göstərilir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər sulanır.
Eyni zamanda paytaxt rayonları İcra Hakimiyyətlərinin əməkdaşları, rayonlarda yaradılan Operativ Qərargahların üzvləri, könüllülər və hüquq-mühafizə orqanları əməkdaşları ərazidə mütəmadi reydlər keçirərək  əhali arasında maarifləndirmə-təbliğat işləri aparır, yaşı 65-dən yuxarı, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır, onlara ərzaq yardımları çatdırılır, lazımi sosial xidmətlər göstərilir.
Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və yardımların göstərilməsi gündəlik davam etdirilir.

 

Keçidlər