Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda növbəti iməclik keçirilmişdir

09 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Dövlət  Bayrağı günü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə paytaxtın Qaradağ rayonunda   əsas magistral  yol boyunca olan ərazidə növbəti iməclik təşkil edilmişdir. Iməclikdə qurumların rəhbərləri və əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 1000 nəfərə qədər insanın  iştirak edərək 1000-dən çox  yeni ağac, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağacları əkmişlər.
Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.
Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet məqsədlərindən biridir. Son illər ərzində Azərbaycanda yaşıllaşdırılma və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir, geniş abadlaşdırma işləri görülür, ölkə şəhərlərində yaşıllaşdırma səviyyəsi getdikcə artır.
Dövlət Bayrağı  günündə keçirilən iməclikdə yol boyunca əkilən yeni ağaclar  bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. 
Mövsüm ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər