Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının Xəzər rayonunda dam örtükləri təmir olunur

16 sentyabr 2019 | 16:00

Paytaxt Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir.

Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən verilən məlumata görə Prezident İlham Əliyevin  çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası vəhəmçinin paytaxtda payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına əsasən hazırda Xəzər rayonun təmirə ehtiyacı olan dam örtükləri olan binalar müəyyən edilərək yay aylarından etibarən mərhələli şəkildə onların təmirinə başlanılıb. Işlər şərçivəsində binaların dam örtükləri dəyişdirilir, həmçinin bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmir olunur.
Xəzər rayonunda bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamenti və Xəzər Rayon İcra Hakimiyyətinin struktur bölmələri tərəfindən həyata keçirilir.

Keçidlər