Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtəşəm konsert paytaxt sakinlərini heyran etdi

13 iyun 2019 | 16:00

15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl Teatr” Bakı Konsert Kompleksində bir sıra maraqlı məqamları ilə yadda qalan  möhtəşəm konsert proqramı keçirilib.

Tədbirdə qeyd olundu ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər Azərbaycanlı üçün  çox əzizdir.  26 il əvvəl yenicə müstəqilliyini qazanmış respublikamızı dağılmaqdan, məhv olmaqdan xilas edən ulu öndən Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənmişdir.

Aparıcılar Leyla Quliyeva və Tural Əsədovun idarə etdiyi bayram konsertində xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Aygün Kazımova, Nəzakət Teymurova, Samir Cəfərov, Zulfiyyə Xanbabayeva, Rasim Balayev, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm” qrupu, əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, Fərqanə Qasımova, Sevda Ələkbərzadə, o cümlədən populyar müğənnilər Zamiq Hüseynov, Elşad Xose, Sevda Yahyayeva, Günay İbrahimli, Dilarə Kazımova, Samir Cavadzadə, Elnur Hüseynov,  Fidan Hüseynova, Mirələm Mirələmov  çıxış edib.

Konsert proqramının sonunda Fire Land Productionun yeni ərsəyə gətirdiyi “Azərbaycan” layihəsi təqdim edilib. Nərgiz Cəlilovanın təqdimatı ilə nümayiş olanan mahnın sözləri   Cəlal Qurbanova və musiqisi bəstəkar Rauf Məmmədova aid olub.  Zalda əyləşən tamaşaçılar da "Azərbaycan” mahnısını birgə ifa etdilər.

Konsert anşlaqla yadda qalıb.

Keçidlər