Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında iştirak edib

29 may 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.

Böyük Britaniyanın “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu VUD çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevi və qonaqları salamlayıb.

Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

Sonra ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunda dövlət katibi köməkçisinin birinci müavini Kent LOQSDON çıxış etdi və Prezident Donald Trampın məktubunu oxudu.

Daha sonra Böyük Britaniyanın beynəlxalq ticarət üzrə dövlət katibi Liam FOKSUN videomüraciəti təqdim olundu.

Sonra Prezident İlham Əliyev sərgi ilə tanış oldu.

Sonda dövlətimizin başçısı sərgi və konfransın xatirə kitabını imzaladı.

Keçidlər