Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda növbəti iməclik keçirilmişdir

04 may 2019 | 16:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Xətai rayonundakı Cavanşir küçəsi boyunca ərazidə növbəti iməclik təşkil edilmişdir. Iməclikdə hər iki qurumun əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 200 nəfərdən çox insan  iştirak etmişdir.

Bu  ərazidə görünüşə xələl gətirən hasarlar və kortəbii qanunsuz tikililər sökülmüş, ərazi yararsız tikinti materialları, daş və digər tullantılardan təmizlənmiş,  əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.

Iməclikdə 1000-ə yaxın yeni ağac, əsas etibarı ilə Eldar şamı və digər ağacları əkildi.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gunu ərəfəsində   keçirilən iməclik, küçə boyunca əkilən yeni ağaclar  bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. 

Ay ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər