Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxt gəncləri elmi-praktik konfrans keçirdilər

01 may 2019 | 16:00

Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ”Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Əvvəl Ulu öndərin gənclərə qayğısından bəhs edən video-çarx nümayiş olunub.

Paytaxt gənclərinin bütün zümrələrini əhatə edən  gənclərin nümayəndələri, Bakı şəhər idarələrinin, bir sıra ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış idmançıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən elmi-praktik konfransıda  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qonaqları və iştirakçıları salamlayaraq Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkədə həyata keçirilən dövlət gənclər siyasəti dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb. Qeyd olunub ki, bu gün ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafı təmin olunub, onlar cəmiyyətin fəal təbəqəsinə çevrilib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Ulu Öndər tərəfindən bünövrəsi qoyulan gənclər siyasətinin uğurlarından danışıb. Bildirib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.   Hazırda bu sahədə ölkə başçisi Ilham Əliyevin apardığı siyasətin nəticəsi kimi tam əminliklə deyə bilərik ki,  bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb. Buna görə də gənclər ulu öndərin həyat yolu və fəaliyyətini dərindən öyrənməlidirlər. Bu işlərdə bu gün keçirilən elmi-praktik konfrans mühüm əhəmiyyət kəsb edir.  

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirmişdirki, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Məhz bu dahi şəxsiyyətin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı, daha sonra 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edildi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.

Daha sonra elmi-praktik konfransın məruzələri dinlənilib. Səbail rayonundan Xasay Vəliyev “Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda inkişaf strategiyası və iqtisadi dirçəliş”, ¬YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva “İlham Əliyev Heydər Əliyev yolunun davamçısıdır”, Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin 11 sinif şagirdi Səbinə Nəsibli “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir”, Aprel döyüşlərinin iştirakçısı, polkovnik leytenantElşən Qarayev “Heydər Əliyev və ordu quruculuğu”, Azərbaycan Gənclər Fondunun beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva “Heydər Əliyev irsi və Azərbaycanın müasir dövrü”, Azərbaycan Tibb Universitetinin tələbəsi Ella Qocayeva “Heydər Əliyevin səhiyyə sahəsində  misilsiz xidmətləri”, DTX-nin H.Əliyev adına  Akademiyasının kursantı Rəhman Nadirli “Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizliyi”, Suraxanı rayonundan geoloq Murad Arzu oğlu  “Heydər Əliyevin dövlət neft strategiyası”, AMEA-nın Fəlsəfə İnstitutunun Gənc alim mütəxəssislər Şurasının sədri  Tünzalə Musayeva “Heydər Əliyev və milli təhsil konsepsiyası”, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Heydər Mirzəzadə “Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və  tolerantlıq ənənələrinin inkişafında böyük xidmətləri”, Xətai rayonundan Adil Qarayev “Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafında rolu”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi  Rəfail Quliyev “Heydər Əliyev və Azərbaycanda idman siyasəti” Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Aytac Rzayeva “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından biri kimi”, Nərimanov rayonundan Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarı kimi”, Sabunçu rayonu155 saylı tam orta məktəbin psixoloqu Nigar Rüstəmova “Heydər Əliyevin sağlam və peşəkar mətbuatın formalaşmasında əvəzsiz xidmətləri” və s. mövzularda çıxışlar etmişlər.

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin II kurs tələbəsi Ayşən Bayramova konfrans iştirakçılarının bəyanatını oxumuşdur.

Konfransın sonunda tədbirdə çıxış edən və müxtəlif sahələr üzrə məruzələr hazırlamış digər gənclərin işlərinin kitab şəklidə çap olunması qərara alınmşdır. 

Keçidlər